Biz, Lidnov Group olaraq, inanırıq ki, yüksək keyfiyyətli məhsuldarlıq yalnız elmi əsaslara söykənən və yüksək standartlara cavab verən aqro qulluq ilə mümkündür. İstifadə etdiyimiz toxumlar və sahələrdə aparılan işlər, təcrübəli və yüksək ixtisaslı mütəxəssislərimizin tövsiyələri əsasında həyata keçirilir və hər il təkmilləşdirilməkdədir.
Müxtəlif
məhsul çeşidləri Biz bölgə fermerlərinin yüksək və keyfiyyətli məhsul əldə
etmələri üçün torpağın şoranlığna, quraqlığa və xəstəliklərə davamlı , yüksək
məhsuldar yeni taxıl sortlar yetişdiririk.
Dəyərlərimiz
·
Məhsulun Keyfiyyəti
Biz yalnız beynəlxalq standartlara cavab verən deyil, onları aşan məhsullar
istehsal etməyə sadiq qalırıq. Hər bir ağaca və məhsula xüsusi diqqətlə qulluq
edirik, onların hər mərhələdə böyüməsinə nəzarət edirik.
·
İnnovasiya və Texnologiya
Məhsuldarlığı artırmaq, bitkiləri qorumaq və istehsal proseslərini
təkmilləşdirmək üçün qabaqcıl texnologiyalar və elmi nailiyyətlər tətbiq
edirik. Məqsədimiz yalnız istehsal deyil, həm də daimi inkişafdır.
·
Davamlılıq
Biz ətraf mühit və resurslarımız üçün məsuliyyət daşıyırıq. İstehsal
proseslərimiz ətraf mühitə minimum təsir göstərməyə və bərpa olunan mənbələrdən
maksimum istifadə etməyə yönəlib.