Super İntensiv Meyvə Bağlarımız
Ağdaş rayonunda
"Lidnov Agro" hal-hazırda 40 hektar intensiv bağ salmışdır. Bu
bağlarda müxtəlif albalı və şaftalı növlərinə peşəkar qayğı göstərilir.
Təcrübəli aqronomlarımız yüksək keyfiyyətli və dadlı meyvələr yetişdirmək üçün
böyük əzimlə çalışırlar.
Aqrotexniki qulluq dünyada
qəbul edilmiş yüksək standartlara uyğun olaraq aparılır, ətraf mühitə minimal
təsir göstərilir və işlər əmək təhlükəsizliyi yüksək səviyyədə təmin edilmiş
şəraitdə həyata keçirilir.